AZ

Təhdid olunan partiya sədri qətl baş verən ərazidən meydan oxudu: "Polisləri də geri çəkin!

İYİ Partiya sədri Müsavat Dərvişoğlu ankarada güllələnərək öldürülən "Ülkü Ocakları"nın sabiq başqanı Sinan Ateşin sui-qəsdə uğradığı  küçədə mətbuat konfransı keçirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o,"Ülkü Ocakları"nın hazırkı rəhbəri tərəfindən təhdid olunmasına üsyan edərək sərt tənqidlər səsləndirib:

"Ülkü Ocakları"nın sədri Ahmet Yiğit Yıldırımın təhdidilə qarşı-qarşıyayam. Kimsəyə cavab vermək üçün burada deyiləm. Çünki hər əxlaqsızlığa cavab versəm, o zaman ona ranq qazandrıaram. Əslində, onun kimilər mənim həmsöhbətim ola bilməzlər, deyillər. Bəs niyə burdayam? Bildiyiniz kimi, təhdidlə üzləşdim. Ünvanımı bilməyə bilərlər, lakin indi mətbuat konfransı keçirdiyim bu ərazini yaxşı tanıyırlar. Burada ölkə başçsına, ədliyyə nazirinə səslənirəm, bu ölkədə bir partiya sədrinin təhdid olunmasından 16 saat ötüb. Hansı addımı atıbsız? Nədən və ya kimdən çəkinirsiniz?

Mən onları işini düzgün yerinə yetirməyə dəvət edirəm. Mən konstitusion hüququmdan istifadə edirəm. Siyasətlə məşğul olmaq hər kəsin konstitusion hüquqdur. Bəyan edirəm, mənə təhdidlər sıradan təhdidlər deyil".

Dervişoğlu bir daha ona qarşı hücum və təhdidlərin Türkiyə Böyük Millət Məclisində MHP sədri Dövlət Baxçalının PKK lideri Abdullah Öcalanı çağırışından sonra başladığına diqqət çəkib və mühafizəsinə ayrılan polislərdən imtina etdiyini bəyan edib: "Bura gələndə Daxili İşlər Nazirliyinin mənə təyin etdiyi polislərlə gəldim. Əgər bir partiya liderinin siyasətlə məşğul olmaq hüququnu müdafiə edə bilməyəcəksənsə, deməli, mənim bir yolum qalır: sadə vətəndaş kimi mühafizəsiz-filansız yaşamaq. Zatən, bir qorxum yoxdur Mənə göndərdiyiniz mühafizəçilərə ehtiyacım yoxdur. Şəhid analarının duaları mənə çox bəsdir. Çəkin polisləri geri, istəmirəm...".

Firudin Səfərli
MİA.AZ

 

Seçilən
0
2
mia.az

3Mənbələr