AZ

Türkiyədən Türkmənistana tekstil məhsulları ixracı azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar – dekabr aylarında Türkiyənin Türkmənistana tekstil məhsulları ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz azalaraq, 13 milyon 497 min 65 dollara bərabər olub.

Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“2024-cü ilin dekabr ayında Türkiyə Türkmənistana 1 milyon 778 min 96 dollar məbləğində tekstil məhsulları ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 42,7 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz azalaraq, 9 milyard 495 milyon 712 dollara bərabər olub.

“2024-cü ilin dekabr ayında Türkiyə 782 milyon 578 dollar məbləğində tekstil məhsulları ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 2,6 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, 2024-cü ilin son 12 ayı ərzində (dekabr 2023-dekabr 2024) Türkiyə 9 milyard 495 milyon 712 dollar məbləğində tekstil məhsulları ixrac edib.

Seçilən
0
8
turkic.world

10Mənbələr