AZ

ABŞ-da son qırğınları törədənlər xüsusi təyinatlılar imiş

ABŞ-da 15 nəfərin öldüyü hücumların hər ikisinin arxasında ABŞ ordusunun xüsusi təyinatlı qüvvələrinin üzvləri olduğu üzə çıxıb. Ölkədə aparılan yeni araşdırmalara görə, əsgərlər arasında psixi pozğunluqlar və zorakılığa meyl 40 faiz artıb. ABŞ-da ixtisaslaşmış klinikaların yarısı aktiv və ya istefada olan hərbçilər tərəfindən doldurulur.

Publika.az xəbər verir ki, Federal Təhqiqatlar Bürosunun açıqlamalarına görə, hər iki hücumun səbəbkarları ABŞ Ordusunun Xüsusi Qüvvələr Birliyinin üzvləridir. Las Veqasda hücumu həyata keçirən Metyu Livelsbergerin Əfqanıstan, Tacikistan, Konqo, Gürcüstan və Ukraynada xüsusi təyinatlılar kimi əməliyyatlarda iştirak etdiyi və 5 dəfə “Bürünc Ulduz” medalı ilə təltif edildiyi məlum olub.

Son vəzifə yeri Almaniya olan Livelsbergerin hücumdan əvvəl məzuniyyət götürüb ABŞ-a gəldiyi də bildirilir. Digər tərəfdən, Yeni Orleanda hücum həyata keçirən Şəmsəddin Cabbarın uzun illər xüsusi təyinatlı əsgər kimi xidmət etdikdən sonra ABŞ ordusundan bir müddət əvvəl təqaüdə çıxdığı ortaya çıxıb. ABŞ Müdafiə Nazirliyi və Səhiyyə Nazirliyinin birgə hazırladığı hesabatda bütün dünyada haqqında danışılan hadisələrin pərdəarxası açıqlanıb.

Hesabata görə, orduda psixi pozğunluqlar və zorakılıq halları 40 faiz artıb. İntihar nisbətlərinin 5 dəfə artdığını ortaya qoyan hesabata görə, ABŞ-dakı ruhi xəstəlik klinikalarının demək olar ki, yarısında aktiv və ya istefada olan əsgərlər var.

Sözügedən hesabata görə, ABŞ ordusunda, xüsusilə də xüsusi təyinatlılarda psixi pozğunluqların nisbəti 2019-2023-cü illər arasında 40 faiz artıb. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) və Səhiyyə Nazirliyinin birgə məlumatlarına görə, ən çox artım müşahidə edilən hallara travma sonrası stress pozğunluğu və narahatlıq pozğunluqları diaqnozu qoyulub.

İki nazirliyin birgə hesabatına görə, ruhi pozğunluqların artmasının ən böyük səbəbi “COVID-19” prosesi zamanı təcrid ehtiyacı olduğu müəyyən edilib. Müharibənin və qarşıdurmaların insanların psixi sağlamlığına mənfi təsirlərinə toxunan hesabatda əsgərlərin evə qayıtdıqdan sonra özlərini tənha və təcrid olunmuş hiss etdikləri, uyğunlaşa bilmədikləri də üzə çıxıb.

2023-cü ilin məlumatlarına görə, ABŞ-da psixiatriya klinikaları və xəstəxanalarındakı çarpayıların 54,8 faizi aktiv və ya istefada olan hərbçilərlə dolu idi. 2019 və 2023-cü illər arasında ordunun dörd qolundan 541 min 672 fəal personala ən azı bir psixi sağlamlıq pozuntusu diaqnozu qoyulub. Bu rəqəmin 47 faizi (təxminən 255 min nəfər) birdən çox psixi sağlamlıq problemindən əziyyət çəkir.

Seçilən
5
publika.az

1Mənbələr