Rusiyada dolların məzənnəsi noyabrın 20-dən bəri ilk dəfə olaraq 90 rublu ötüb.
Oxu24.com xəbər verir ki,bunu Moskva birjasının ticarət məlumatları sübut edir.
Moskva vaxtı ilə saat 13:19-da Amerika valyutasının məzənnəsi 90 rubl təşkil edib.
11 qəpik, sonra isə ucuzlaşmağa başlayıb. Saat 7:29-da ticarətin açılışında dolların məzənnəsi 89 rubl təşkil edib.
Bundan əvvəl iqtisadçı Ostapkoviç 2024-cü ilin aprelinə qədər dolların məzənnəsinin 90 rublu keçməyəcəyini bildirmişdi.
Onun sözlərinə görə, gələn ilin martında keçiriləcək Rusiya prezidenti seçkilərinə qədər xarici valyutanın məzənnəsi ciddi dəyişməyəcək.
Daha əvvəl iqtisadçı Roubini qiymətli kağızlar bazarında “qan banyosu” barədə xəbərdarlıq etmişdi.
Müəllif: Nigar