Ermənistanda zəncirvarı yol qəzasında iki nəfər ölüb.
Elchi.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İrəvan-Gümrü yolunda BMV, “Ford” və “Mersedes-Benz” markalı avtomobillərin toqquşması nəticəsində “Mersedes”in sürücüsü və sərnişini hadisə yerində ölüb.
Qəza nəticəsində 3 nəfər ağır və orta ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Xilasedicilər onları xüsusi avadanlıqlar vasitəsilə avtomobillərdən çıxarıblar.
Qeyd olunub ki, ölənlərdən biri hərbçi olub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta