AZ

ABŞ hərbi qüvvələri Yaxın Şərqdə 80-ə yaxın hücuma məruz qalıb


Oktyabrın 17-dən Fələstin-İsrail münaqişəsinin şiddətləndiyi bir vaxtda Yaxın Şərqdəki ABŞ əsgərləri ən azı 76 silahlı hücuma məruz qalıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Washington Post” (WP) qəzeti Pentaqonun məlumatlarına istinadən məlumat verib.
Amerika mediasının məlumatına görə, ABŞ qüvvələrinə regionda ilk hücum məhz oktyabrın 17-də hazırkı münaqişə zamanı baş verib.
WP yazır ki, xüsusilə, İraq və Suriyada ABŞ hərbçilərinə qarşı raket hücumları və dron hücumları demək olar ki, hər gün həyata keçirilir.
Qeyd edək ki, bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı Qırmızı dənizdə üç ticarət gəmisinin “Ənsar Allah” hərəkatının yəmənli husi üsyançılarının hücumuna məruz qaldığını bildirmişdi.
Seçilən
481
18
yeniavaz.com

10Mənbələr