AZ

"Volkswagen" və "Audi" elektromobillərini geri çağırır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Volkswagen" bort şarj cihazındakı qüsur səbəbindən təxminən 13 800 "ID.4" və "Audi Q4 e-tron" elektromobilini geri çağırır.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə 32cars.ru xəbər yayıb.
Problem çap platasının qeyri-kafi qoruyucu örtüyü ilə əlaqədardır ki, bu da nəmin kondensasiyasına, güc itkisinə və hətta avtomobilin tam dayanmasına səbəb ola bilər.
Məlumata görə, şirkət 2024-cü ilin sentyabrında araşdırmaya başlayıb və "ID.4"də 127, "Q4 e-tron"da isə 117 geriçağırma halını qeydə alıb. Nasazlıq ABŞ və Almaniyada istehsal edilmiş 2024-cü il modellərinə təsir edib.
"Volkswagen" avtomobil sahiblərini 29 aprel 2025-ci il tarixindən gec olmayaraq məlumatlandıracaq. Qüsurlu şarj cihazlarının dəyişdirilməsi pulsuz olacaq, lakin hələlik dilerlərin anbarlarında ehtiyat hissələr yoxdur.
Problem Kanada bazarına da təsir edib. Bu ölkədən 9 613 "ID.4" və 3278 "Audi Q4 e-tron" avtomobili geri çağırılır.
Seçilən
27
1
oxu.az

10Mənbələr