AZ

"Real"dan yeni REKORD

İspaniyanın "Real" komandası UEFA Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib.

Bakıvaxtı.az "Squawka" nəşrinə istinadən xəbər verir ki, "Kral klubu" buna "Atletiko"ya qarşı keçirdikləri 1/8 final mərhələsinin cavab oyununda nail olub.

Madrid təmsilçisi qitənin bir nömrəli klub turnirində penaltilər seriyasında indiyədək dörd qalibiyyət əldə edən yeganə komandadır. Çempionlar Liqası və əvvəlki adı ilə Avropa Çempionlar Kuboku tarixində heç bir klub bunu bacarmayıb.

Qeyd edək ki, əsas vaxtda "Atletiko"ya 0:1 hesabı ilə uduzan "Real" rəqibini penaltilər seriyasında məyus edib - 4:2.

Seçilən
0
1
bakivaxti.az

2Mənbələr