AZ

Çempionlar Liqasında yeni rekord - Bunu "Real Madrid"dən başqa heç kim bacarmayıb

"Real Madrid" UEFA Çempionlar Liqasının 1/8 finalında "Atletiko Madrid"i ümumi hesabda məğlub edərək (evdə 2:1, səfərdə 0:1, penaltilərlə 4:2) 1/4-ə yüksəlib. 

Fanat.Az xəbər verir ki, "Kral klubu" bununla da turnirin rekordunu müəyyənləşdirib.

"Squawka"-nın məlumatına görə, "Real" Çempionlar Liqası tarixində penaltilər seriyasında hamıdan çox qalib gəlib. Madrid nəhəngi dörd dəfə "11 metrə"lərlə qalib gəlib. Turnir tarixində indiyədək heç kim belə nəticə əldə etməmişdi.

"Real Madrid" Çempionlar Liqasının 1/4 finalında London "Arsenal"ı ilə qarşılaşacaq. İlk oyun aprelin 8-də İngiltərənin paytaxtında, cavab görüşü isə aprelin 16-da Madriddə baş tutacaq.

"Real Madrid" Çempionlar Liqasının hazırkı qalibidir. Karlo Ançelottinin komandası son üç yarışda iki dəfə Avropa futbolunun əsas klub turnirinin qalibi olub.

Mirağa

Seçilən
2
fanat.az

1Mənbələr