"Sumqayıt"ın hücumçusu Bobir Abdixolikov Premyer Liqanın 26-cı turunda "Kəpəz"i məğlub etdikləri (3:0) görüşdən sonra Sportinfo.az-a açıqlama verib.
Özbəkistanlı legioner ilk olaraq qarşılaşma barədə danışıb:
"Uzun müddətdir qələbə qazana bilmirdik. Bu gün 3 xal bizim üçün çox vacib idi. Allaha şükür ki, bunu əldə edə bildik".
"Kimyaçılar" əldə olunan qələbə ilə 11 oyunluq uğursuz seriyaya son qoymuş oldu. Bu müddətdə nəinki qələbə qazanmaq, hətta qol vurmaq da müşkülə çevrilmişdi.
Bobir "Kəpəz" üzərində qələbənin uğurlu seriyanın açarı olacağını sözlərinə əlavə edib:
"Düşünürəm ki, uzun müddətdən sonra əldə olunan qələbə növbəti uğurlu oyunların açarı olacaq. Bunu bacara biləcəyimizə inanırıq".
XANOĞLAN