AZ

Masallıda “Riyaziyyat aylığı” müsabiqəsinin qalibləri mükafatlandırıldı » AzadMedia.az


Masallı şəhər Heydər Əliyev Mərkəzində Masallı rayonu üzrə fəaliyyət göstərən ümumtəhsil məktəblərində “Riyaziyyat aylığı” çərçivəsində keçirilən müsabiqələrdə qalib olan şagirdlərin mükafatlandırma mərasimi keçirilib.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Hüquq-mühafizə orqanlarının rəhbərləri, Lənkəran - Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, millət vəkili Məşhur Məmmədov, Masallı rayonu üzrə təhsil sektorunun müdiri Elman Rzayev, idarə və müəssisə rəhbərləri, məktəb direktorları, müəllimlər, şagirdlər, valideynlər və digər qonaqlar iştirak ediblər.
Tədbirdən öncə müxtəlif mövzularda fotostendlərə və şagirdlərin əl işlərindən ibarət sərgilərə baxış keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş nitqi ilə açan Masallı rayonu üzrə təhsil sektorunun müdiri Elman Rzayev məlumat verərək bildirib ki, cari ilin fevral ayı Masallı rayonu üzrə təhsil sektorunun əhatə dairəsində fəaliyyət göstərən ümumtəhsil məktəblərində “Riyaziyyat aylığı” elan edilib.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov çıxış edərək ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı kompleks tədbirlərin həyata keçirildiyini bildirib.

Sonra rayon rəhbəri “Riyaziyyat aylığı” çərçivəsində həyata keçirilən tədbirlərin təşkilinə görə Masallı rayonu üzrə təhsil sektorunun kollektivini qiymətli hədiyyə və “Təşəkkürnamə” ilə təltif etmişdir.

Tədbirin davamında “Ryaziyyat ayı” çərçivəsində görülən işlər barədə videoçarx nümayiş etdirilib, müxtəlif nominasiyalar üzrə yüksək nəticə göstərmiş şagirdlər medal, diplom və digər qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Seçilən
16
1
azadmedia.az

2Mənbələr