AZ

Yük avtomobilindən kahı formasında aparılan narkotik aşkarlandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Yük nəqliyyat vasitəsindən kahı formasına salınaraq gömrük nəzarətindən gizlədilməyə cəhd göstərilən külli miqdarda narkotik vasitə - marixuana aşkar edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Məlumata görə, Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya "kahı" yükü aparan nəqliyyat vasitəsi "Astara" gömrük postunun idxal nəzarət xəttində saxlanılıb.
Stasionar rentgen qurğusunda baxış zamanı yük nəqliyyat vasitəsində şübhəli cizgilər müşahidə edilib və kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlaması keçirilib.
Xidməti it nəqliyyat vasitəsindəki 2 paletə reaksiya verib. Yoxlama zamanı həmin paletlərdə gömrük nəzarətindən gizlədilən 264 bağlamada qablaşdırma ilə birlikdə, ümumi çəkisi 101 kiloqram 732 qram narkotik vasitə - marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Seçilən
43
50
oxu.az

10Mənbələr