AZ

Şimali Makedoniyadakı faciəyə görə martın 18-i Serbiyada matəm günü elan edilib

Bakı. Trend:

Serbiya Prezidenti Aleksandar Vuçiç ilə Şimali MakedoniyaPrezidenti Qordana Silyanovska-Davkova arasında telefon danışığıbaş tutub.

Trend xəbər verirki, Serbiya Prezidenti sosial media hesabında etdiyi paylaşımda,Şimali Makedoniyada baş vermiş dəhşətli faciə ilə əlaqədarbaşsağlığı verib və ölkə xalqına hüznlə yanaşdığını bildirib.

Vuçiç, Serbiya adından faciə qurbanlarına yardım olaraqhelikopterlər, tibbi nəqliyyat vasitələri, tibbi qruplar göndərməyivə yaralıların Serbiyadakı xəstəxanalara yerləşdirilməsini təklifedib. Həmçinin, faciə ilə əlaqədar martın 18-i Serbiyadakı matəmgünü elan ediləcək.

Şimali Makedoniyanın səhiyyə naziri Arben Taravari yanğındayaralanan 118 nəfərin ölkə xəstəxanalarına yerləşdirildiyiniaçıqlayıb.

Xatırladaq ki, keçən gecə Şimali Makedoniyanın Koçani şəhərindədiskotekada baş verən yanğın nəticəsində azı 51 nəfər həyatınıitirib.

Seçilən
25
4
az.trend.az

5Mənbələr