AZ

Sumqayıtda ər arvadını döydü — TƏFƏRRÜAT

Sumqayıt şəhərində 1980-ci il təvəllüdlü Rəsul ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Şəfiqəyə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhəri, 4-cü mikrorayonda baş verib. 

Rəsul yaşadığı mənzilin qonaq otağında ailə-məişət zəminində baş verən mübahisə zamanı Şəfiqənin baş, boyun, kürək, sol qol nahiyyələrinə yumruq, pol ağacı zərbələri ilə çoxsaylı zərbələr vurub. 

Hadisəni törədən Rəsulun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəsul ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, zərərçəkmiş Şəfiqə ilə 2010-cu ildə ailə həyatı qurub və birgə nikahdan iki azyaşlı oğlan övladı var: 

“Ailə həyatı qurandan bu günədək anam Sevil ilə eyni evdə yaşamışıq. Ailə daixili münasibətlərimiz normal olub. Son vaxtlar maddi sıxıntılarım çox olması səbəbi ilə aramızda söz-söhbət yaranıb. Həyat yoldaşım “Doktoraz” klinikasında xadimə kimi işə düzəlib”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü mətbəxin su krantı xarab olub və su krantını nisyə alıb, usta gətirib, krantı dəyişdirib: 

“Ustanın pulunu özüm ödədim. Su krantına 4 manat borcum qaldı. Fikirləşdim ki, həyat yoldaşım işdən evə gələndə ondan 4 manat alaraq su krantının pulunu verəcəm. Həmin gün saat 18 radələrində həyat yoldaşım işdən evə gəldi. 

Evə gələndən sonra ondan 4 manat pul istədim ki, aparıb nisyə yolu ilə aldığım krantın pulunu verim. Arvadım da pulunun olmadığını bildirdi. Həmin vaxt onun kartında 100 manat olduğunu bildiyimi dedim. Həyat yoldaşımın pulu olduğu halda mətbəxin krantına görə istədiyim 4 manatı verməməsi məni özümdən çıxartdı. 

Aramızda mübahisə yarandı. Mübahisə zamanı arvadımın saçından tutaraq yerə yıxdım. Yumruqla onun başına, boynunun arxasına, belinə bir neçə zərbə vuraraq onu döydüm. Həmin vaxt Şəfiqə mətbəxdən əlinə pol ağacı götürdüynmdən həmin pol ağacını onun əlindən aldım. Həmin ağacla da sol qoluna bir dəfə vuraraq pol ağacını yerə atdım. Bu zaman anam araya keçdi və məni sakitləşdirmək istədi. Bundan istifadə edən arvadım evdən qaçaraq getdi”. 

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən Rəsulun barəsində olan cinayət təqibinə xitam verilib. 

O, cinayət məsuliyyətindən azad edilib.


Fariz Məlikli
Demokrat.az
Seçilən
388
50
demokrat.az

10Mənbələr