Xəzər dənizində zəlzələ qeydə alınıb.
Qlobal.net Trend-ə istinadən bildirir ki, bu barədə Respublika Seysmoloji Xidməti Mərkəzindən bildiriblər.
Zəlzələnin maqnitudası 5,6 təşkil edib. Yerin 68 km dərinliyində qeydə alınan zəlzələ hiss olunub.
---------
Azərbaycanda zəlzələ baş verib.
Yeraltı təkanlar Bakıda hiss olunub. İlkin məlumatlara görə, zəlzələnin gücü Rixter şkalası ilə 5 bal olub. Yeraltı təkanların episentrinin Abşeron yarımadasından 56 km şimalda, Xəzər dənizində olduğu bildirilir.
Xəbər yenilənəcək.