AZ

Goranboyda polis oğurluq etməkdə şübhəli bilinən dəstə üzvlərini tutub

Cari ilin oktyabr ayında quldurluq etdiyinə görə tutulan Ümid Məmmədovun digər əməli də üzə çıxıb. 

Araşdırmaların nəticəsi olaraq, Ü.Məmmədovun 2019-cu ilin oktyabr ayında həmyerliləri İftixar Qurbanov və Vüsal İsgəndərli ilə rayonun Qızılhacılı qəsəbə sakininin evindən içərisində 6450 manat dəyərində qızıl-zinət əşyaları olan seyfi və təhlükəsizilik kamerasının yaddaş qurğusunu oğurladığı aşkarlanıb.

Şübhəli şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər, faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Seçilən
104
11
sam.az

10Mənbələr