Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 15 dekabr 2023-cü il tarixli Qərarı ilə 2024-cü il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.
Banco.az xəbər verir ki, 2024-cü il üçün iş vaxtı normasına əsasən gələn ilin aşağıdakı günləri iş günü hesab edilmir:
1, 2 yanvar–Yeni il bayramı;
20 yanvar–Ümumxalq hüzn günü;
8 mart–Qadınlar günü;
20, 21, 22, 23, 24 mart–Novruz bayramı;
10, 11 aprel–Ramazan bayramı;
9 may–Faşizm üzərində qələbə günü;
28 may–Müstəqillik Günü;
15 iyun–Azərbaycan xalqının milli qurtuluş günü;
26 iyun–Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü;
16, 17 iyun–Qurban bayramı;
8 noyabr–Zəfər Günü;
9 noyabr–Azərbaycan Respublikasının Dövlət bayrağı günü;
31 dekabr–Dünya azərbaycanlılarının həmrəyliyi günü.
Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, 2024-cü ildə beşgünlük iş həftəsində 3,4,5 yanvar, 25 və 26 mart, 18 və 19 iyun, 11 noyabr tarixləri, altıgünlük iş həftəsində 3 yanvar, 25 mart və 18 iyun tarixləri istirahət günləridir. Beşgünlük iş həftəsində 7 yanvar iş günüdür.
2024-cü ilin fevral ayı 29 gündən, il isə 366 gündən ibarətdir.
2024-cü ildə beşgünlük iş həftəsində 239 iş günü, iş günü hesab edilməyən 105 istirahət günü, iş günü hesab edilməyən 19 bayram, 1 Ümumxalq hüzn günü, 1 Azərbaycan Respublikası Prezidenti seçkiləri günü və 1 Bələdiyyə seçkiləri günü var.
Azərbaycanda gündəlik normal iş vaxtının müddəti 8 saatdan, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq ola bilməz. Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir.