AZ

Canlı yayımda evinin selə qərq olmasını göstərdi: Avstraliyadan qorxulu görüntülər - VİDEO

Avstraliyanı ikinci kateqoriyalı tropik siklon “Casper” vurub. Leysan və tufanla müşayiət olunan siklon Vacula-Vacula məntəqəsində xüsusilə şiddətli olub.

Təbii fəlakət nəticəsində evlər və yollar su altında qalıb, ağaclar qırılıb, infrastruktura ziyan dəyib.

Avstraliyalı qadın evinin sular altında qalmasını canlı yayımla nümayiş edib.

“Belə... Bu da evimizin sonu. Deyəsən qapı dözməyəcək, su ordan girir. Burada hər yer su içindədir, getdikcə suyun səviyyəsi qalxır. Aman Tanrım! Su gəlməyə davam edir. Nə edəcəyimi bilmirəm. Bütün əşyaları yuxarı qaldırmışam, bundan yuxarı qaldırmağa yer yoxdur. Mən heç vaxt belə şey görməmişəm”, - deyə qadın qorxu içində bildirir.

Seçilən
192
3
seher.media

10Mənbələr