Çində 6,1 bal gücündə zəlzələ baş verib. Manset.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.Zəlzələnin episentri təxminən 3 milyon insanın yaşadığı Lançjou şəhərindən (Qansu əyaləti) 101 km cənub-qərbdə yerləşib.Yeraltı təkanların ocağı 10 km dərinlikdə olub.Tələfat və dağıntılar barədə məlumat yoxdur.