Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 9-cu tağımının əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman VAZ 2110 markalı avtomobilin sürücüsü, Gədəbəy rayon sakini, İsmət Allahverdiyevi yol hərəkəti qaydalarını pozduğuna görə saxlayıb və bu zaman avtomobildə çoxsaylı elektrik naqilləri olması, sürücünün özünü qeyri-adekvat aparması polis əməkdaşlarında əsaslı şübhələr yaradıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşlarının İ.Allahverdiyevin ətrafında apardıqları istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, o yaxın tanışları, Ramin Şükürov və Ülfət Abbasov ilə birlikdə Gədəbəy rayon Qarıkənd kəndi ərazisində elektrik dirəklərinin yanında saxlanılan ümumi uzunluğu 408 metr olan elektrik naqillərini gizli yolla oğurlayıblar.
Şübhəli şəxslər maddi sübutlar ilə birlikdə istintaqa təhvil verilib, faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir
Rizvan FİKRƏTOĞLU
XQ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta