Qəzza zolağında həyat üçün zəruri məhsulların çatışmazlığı nəticəsində yaranan xəstəliklərdən uşaq ölümlərinin sayı İsrailin anklavı bombalaması nəticəsində ölənlərin sayından çox ola bilər.
seher.media-ın məlumatına görə, bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) rəsmi nümayəndəsi Ceyms Elder bildirib.
“İçməli su, qida və şəxsi gigiyena vasitələri kifayət qədər olmasa, (Qəzzada) xəstəlikdən uşaq ölümləri bombardmanlar nəticəsində ölənlərdən çox ola bilər”, - deyə UNICEF-in mətbuat xidməti sosial media səhifəsində bildirib.
O, yalnız humanitar atəşkəslə bu yardımın çatdırıla biləcəyini vurğulayıb.