AZ

Zabux sakini: Elə bir sevinc içindəyəm ki, hislərimi təsvir edə bilmirəm

“Təkcə yurduma deyil, həm də uşaqlıq illərimə qayıdıram”.

“İki sahil” xəbər verir ki, bu sözləri Laçın rayonunun Zabux kəndinin sakini, keçmiş məcburi köçkün Asif Zülfüqarov deyib.

O, sevinc hisslərini açıq büruzə verib:

“Hisslərimi sözlə ifadə etməyə çətinlik çəkirəm. Bu hissi ancaq yaşayanlar bilər. Elə bir sevinc içindəyəm ki, hislərimi təsvir edə bilmirəm.

Mən Zabuxu tərk edəndə 30 yaşım vardı, nisbətən gənc idim. Amma indi 61 yaşımda təkcə yurduma deyil, həm də uşaqlıq illərimə qayıdıram. Bunu yaşayanlar hiss edə bilər”.

“Allah bütün şəhidlətimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Biz hər zaman cənab Prezidetimizin ətrafında birləşmişik. İnşallah digər rayonlarımızın da bütün sakinləri geri qayıdar”, - keçmiş məcburi köçkün əlavə edib.

“Mən rabitəçiyəm. Orda da işlə təmin olunacağam. Laçına gedənlərin hamısı işlə təmin olunub. Bizim üçün gözəl, rahat evlər tikiblər. Bundan yaxşı nə ola bilər”, - Asif Zülfüqarov deyib.

Qeyd edək ki, bu gün Laçın rayonunun Zabux kəndinə növbəti köç karvanı yola salınıb. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, keçmiş pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola düşüb. Bu mərhələdə Zabux kəndinə daha 30 ailə - 121 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Zabux sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Zabux kəndində 176 ailənin, yəni 688 nəfərin daimi məskunlaşması təmin edilib.

Seçilən
410
33
ikisahil.az

10Mənbələr