Bakı. Trend:
Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayışkompleksindən Laçın rayonunun Zabux kəndinə yola salınan növbətiköç karvanı ünvana çatıb. Yeni köçürülən ailələrə mənzillərininaçarlarının təqdimat mərasimi keçirilib.
Trend xəbər verir ki, mərasimdə Qaçqınların və MəcburiKöçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini FuadHüseynov, Azərbaycan Respublikası Prezidentinin Şərqi Zəngəzuriqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsiMəsim Məmmədov, Milli Məclisin deputatı Mahir Abbaszadə iştirakediblər.
Zabuxlular hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarınagörə Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevayatəşəkkür ediblər. Onlar, həmçinin, torpaqlarımızı işğaldan qurtaranrəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizəminnətdarlıqlarını bildirib, bu yolda canlarından keçənşəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Qeyd edək ki, köçürülən ailələr Zabux kəndində yenidən tikilənevlərdə məskunlaşacaqlar. Bu mərhələdə Zabux kəndinə 30 ailə - 121nəfər köçürülüb. Bununla da Zabux kəndində 176 ailənin, yəni 688nəfərin daimi məskunlaşması təmin edilib.