AZ

Prezident seçkilərində namizəd olmaq istəyən 15 nəfər - SİYAHI

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün bildirib ki, prezident seçkilərində namizəd kimi iştirak etmək üçün 7 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq edilib.

 

Modern.az xəbər verir ki,  daha 8 nəfər namizədlik üçün müraciət edib.

 

Komissiya onların müraciətlərinə tezliklə baxacaq.

 

Beləliklə, prezident seçkilərində iştirak etmək üçün namizədliyinin irəli sürülməsi təsdiq edilən şəxslər aşağıdakılardır:

 

1. Prezident İlham Əliyev - Namizədliyi YAP tərəfindən irəli sürülüb;

2. Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc - Namizədliyi özü tərəfindən irəli sürülüb;

3. Deputat Fazil Mustafa - Namizədliyi Böyük Qurtuluş Partiyasının tərəfindən irəli sürülüb;

4. Fuad Əliyev - Namizədliyi özü tərəfindən irəli sürülüb;

5. Elşad Musayev - Namizədliyi namizədliyi Böyük Azərbaycan Partiyası tərəfindən irəli sürülüb;

6. Deputat üdrət Həsənquliyev - Namizədliyi Bütov Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülüb;

7. Deputat Razi Nurullayev - Namizədliyi Milli Cəbhə Partiyası tərəfindən irəli sürülüb.

 

Öz təşəbbüsü ilə prezidentliyə namizədliyi irəli sürülən digər 8 nəfər isə aşağıdakılardır:

 

- Sərvan Kərimov

- Mətləb Mütəllimli

- Abutalıb Səmədov

- Fikrət Yusifov

- Yusif Bağırzadə

- Arzuman Abdulkərimov

- Yunus Oğuz

- Qulamhüseyn Əlibəyli.

 

Xatırladaq ki, 7 fevral 2024-cü ildə Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

Seçilən
173
50
modern.az

10Mənbələr