AZ

ADY-nin fəaliyyəti təkmilləşdirilir - SƏRƏNCAM

Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında Sərəncam imzalayıb. 

Bununla bağlı President.az məlumat yayıb.

Sərəncama əsasən, Nazirlər Kabineti aşağıdakı normativ hüquqi aktları altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir:

1. dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnu təsdiq edən vəsiqənin təsvirini, spesifikasiyasını, nümunəsini və verilməsi qaydasını;

2. dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnun verilməsi üçün ixtisas imtahanının təşkili və keçirilməsi qaydasını;

3. dəmiryol nəqliyyatında hərəkətin təşkilində birbaşa iştirak edən şəxslərin vəzifələrinin siyahısını, onların geyim formasını, fərqlənmə nişanlarının təsvirini və daşınması qaydasını.

Seçilən
74
28
avtosfer.az

10Mənbələr