AZ

Sabahın hava proqnozu açıqlanıb

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludluolacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.Mülayim cənub-qərb küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə bildirilib ki, havanın temperaturu gecə 4-7°, gündüz13-18° olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 764 mm civəsütununa yüksələcək. Nisbi rütubət 45-55% olacaq.

Azərbaycanın rayonlarında havanın yağmursuz keçəcəyi, lakingünün birinci yarısında bəzi dağlıq ərazilərdə arabir yağıntılıolacağı, qar yağacağı gözlənilir. Qərb küləyi bəzi yerlərdə arabirgüclənəcək.

Havanın temperaturu gecə 1-6°, gündüz 10-15°, dağlarda gecə5-10° şaxta, yüksək dağlıq ərazilərdə 12-17° şaxta, gündüz 0-5°şaxta olacaq.

Məqalədə:
Seçilən
278
49
az.trend.az

10Mənbələr