AZ

Bakı metrosunda xətlərə bəzədilmiş qatarlar buraxılacaq

Bakı. Trend:

“Bakı Metropoliteni” QSC ənənəsinə sadiq qalaraq, Yeni ilingəlişi münasibətilə silsilə tədbirlərinə başlayıb. Bayram ovqatlıtədbirlərə “İçərişəhər”, “28 May”, “Sahil”, “Elmlər Akademiyası”,“Avtovağzal” və “Memar Əcəmi” stansiyalarının vestibüllərindəmüxtəlif oyuncaqlarla bəzədilmiş şam ağaclarının quraşdırılması iləbaşlanılıb.

Bakı metrosundan Trend-ə bildirilib ki, ənənəyə uyğun olaraq,qatarlardan biri bayram ovqatı ilə bəzədilib. Hər gün xətlərdəmüxtəlif marşrutlar üzrə hərəkət edən bu qatarın ön hissəsi 31Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, yan hissələriisə Yeni ilin rəmzləri ilə bəzədilib. Yeni ilin ilk günlərinə qədərbəzədilmiş qatar xətlərdə hərəkət edəcək, yolkalar stansiyalardaolacaq.

Bakı metropoliteni 31 Dekabr – Dünya AzərbaycanlılarınınHəmrəyliyi Günü və Yeni il münasibətilə hər dəfə sərnişinlərininxüsusi rəğbətlə qarşıladığı tədbirlərin hazırlığını dayekunlaşdırıb. Zəngin proqramlı tədbirlərə “İçərişəhər”stansiyasında retro vaqonların nümayişi, Şaxta baba ilə Qar qızınşən şousu, Bəhram Bağırzadə ilə görüş, 4 stansiyada konsertproqramları daxildir.

“İçərişəhər” stansiyasında Yeni ilə həsr olunmuş sərgi dəaçılacaq.

Məqalədə:
Seçilən
88
29
az.trend.az

10Mənbələr