AZ

"Paşinyan bununla Putinə çatdırmaq istəyir ki..." - AÇIQLAMA

Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi Birliyinin Sankt-Peterburqda keçirilən zirvə toplantısında deyib ki, ölkəsi təşkilatı siyasi deyil, iqtsadi qurum kimi qiymətləndirir. Paşinyan Avrasiya İqtisadi Birliyini siyasiləşdirməyə imkan verməyəcəyini də bildirib.

 

Paşinyan belə bir açıqlamaya niyə ehtiyac duyub? 

 

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Sfera.az-a açıqlama verib.

 

O bildirib ki, Paşinyan bununla Vladimir Putinə Ermənistanın quruma sədrliyi dövründə Rusiyanın Avrasiya İqtisadi Birliyini anti-Qərb strukturuna çevirməyə imkan verməyəcəyini çatdırıb:


“Məsələ burasındadır ki, gələn il Avrasiya İqtisadi Birliyinə sədrlik Ermənistana keçəcək. Görünür, İrəvanın istəyinə rəğmən, Kreml Avrasiya İqtisadi Birliyini siyasi struktura çevirərsə, Ermənistan qurumu tərk edəcək. Əslində, Avrasiya İqtisadi Birliyinə üzv olan Mərkəzi Asiya ölkələrinin liderləri də təşkilatın anti-Qərb strukturuna çevrilməsinin əleyhinədir. Çünki Mərkəzi Asiya ölkələri Rusiya ilə tərəfdaşlığa rəğmən, Qərb ölkələri ilə bütün istiqamətlərdə əməkdaşlığı davam etdirmək istəyirlər”.


Firuzə Əliyeva

Seçilən
67
5
sfera.az

6Mənbələr