AZ

Ağdam şəhərində 5 hektar ərazidə mərkəzi park salınacaq

Ağdamda yeni salınan yaşayış kompleksləri ilə yanaşı, Ağdam şəhərində 5 hektar ərazidə mərkəzi park salınacaq.

Fins.az xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, mərkəzi parkın ümumi ərazisi dörd zonaya ayrılacaq:

"Şəhər meydanı, Botanika bağı, Çəmənlik və Meşəlik zonalarında mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılacaq. Burada, həmçinin, su oyun zonaları, çay evləri, istirahət və iaşə obyektləri, mədəni və öyrədici meydançalar, təhsil və sağlamlıq sahələri və aktiv oyun zonaları fəaliyyət göstərəcək.

Müxtəlif ağac növlərinin və dekorativ kolların əkiləcəyi Ağdam şəhər Mərkəzi parkında istirahət etmək, idmanla məşğul olmaq istəyənlər üçün hər cür şərait yaradılacaq. Park Ağdam sakinləri ilə yanaşı, şəhərin qonaqlarının, turistlərin istirahəti üçün də ən gözəl məkanlardan biri olacaq".

Fuad Mədətov
Fins.az

Seçilən
55
30
fins.az

10Mənbələr