Dekabr ayının 25-də saat 20:00-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun Hamoşam kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 2 nəfər naməlum şəxs tərəfindən narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.Araşdırma zamanı saxlanılan şəxslərin İran İslam Respublikası vətəndaşları − 1968-ci il təvəllüdlü Cəmşidi Qulamrza Qaçaq oğlu və 1988-ci il təvəllüdlü Yusifzadə Siyamək Səmədulla oğlu olduğu müəyyən edilib.
Saxlanılan şəxslərin üzərlərinə baxış zamanı ümumi çəkisi 8 kiloqram 75 qram narkotik vasitə marixuana və 2 ədəd güclü təsiredici vasitə hesab edilən Metadon M - 40 həbi aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Şahanə Rəhimli
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta