AZ

MSK imza vərəqələrinin yoxlanmasına başlayıb

Mərkəzi Seçki Komissiyası məlumat yayıb
Mərkəzi Seçki Komissiyası 2024-cü il fevralın yeddisinə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası prezidenti seçkisi ilə əlaqədar imza vərəqələrinin yoxlanmasına başlayıb. AYNA xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasından bildirilib.
Xatırladaq ki, Seçki Məcəlləsinə əsasən, Mərkəzi Seçki Komissiyasının prezidentliyə namizədliyin irəli sürülməsini təsdiq edən qərarından sonra Azərbaycan Respublikası prezidentliyinə namizədə və ya onun səlahiyyətli nümayəndəsinə, habelə siyasi partiyanın və siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə imza vərəqələri verilir.
Namizədin qeydə alınması üçün zəruri olan seçki sənədləri qəbul edildikdən sonra yeddi gün müddətində MSK imza vərəqələrində və təqdim edilən digər sənədlərdə olan məlumatların düzgünlüyünü yoxlamalı və namizədin qeydə alınıb-alınmaması haqqında qərar qəbul etməlidir.
Qeyd edək ki, indiyədək yalnız Yeni Azərbaycan Partiyası 2024-cü il fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası prezidenti seçkisində Azərbaycan Respublikası prezidentliyinə irəli sürdüyü namizəd İlham Heydər oğlu Əliyevin müdafiəsi üçün topladığı 50 min seçici imzasının olduğu imza vərəqələrini Seçki Məcəlləsinin 58.1-ci maddəsinə əsasən tələb olunan digər sənədlərlə birlikdə dekabrın 26-da MSK-ya təqdim edib.
 

Seçilən
74
46
ayna.az

10Mənbələr