AZ

Sosial şəbəkədən olan tanışını öldürən şəxsin məhkəməsi başlayır

Bakı. Trend:

Xəbər verildiyi kimi cari il sentyabrın 24-də Nəsimi rayonuərazisində 1997-ci il təvəllüdlü Tərlan Mədətovun qəsdənöldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işiüzrə istintaq tamamlanıb.

Nəsimi rayon prokurorluğundan Trend-ə verilən məlumata görə,ibtidai istintaqla 1999-cu il təvəllüdlü Səhrab Məlikzadənin Nəsimirayonu, M.Qaşqay küçəsində yerləşən mənzillərdən birində sosialşəbəkələr vasitəsilə tanıdığı Tərlan Mədətova qisas niyyəti iləbıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələrmüəyyən edilib.

Toplanmış sübutlar əsasında Səhrab Məlikzadə CinayətMəcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittihamelan edilib və barəsində məhkəmənin qərarı əsasında həbs qətimkantədbiri seçilib.

Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçünaidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Seçilən
245
6
az.trend.az

9Mənbələr