AZ

Laçın şəhərində Xalçaçılıq Mərkəzi açılıb

Laçın şəhərində “İslimi” Xalçaçılıq mərkəzi açılıb.

525.az xəbər verir ki, mərkəz Laçının hələ qədimdən məhşur xalçalarının olduğu nəzərə alınaraq yaradılıb.

Burada Laçın çeşnilərini özündə əks etdirən xalçaların ərsəyə gətirilməsi ilə yanaşı, həm də sakinlərin məşğulluğu təmin olunacaq.

Açılış mərasimində Prezidentin Laçın rayonu üzrə xüsusi nümayəndəsi Məsim Məmmədov, “Bakı Abadlıq Xidməti” MMC-nin, “Laçın Abadlıq Xidməti” ASC-nin və digər qurumların əməkdaşları iştirak ediblər.

Mərasim iştirakçıları mərkəzdə yaradılan şəraitlə tanışlıq olublar.






















Bizi İnstagramda izləyin

Seçilən
105
15
525.az

10Mənbələr