AZ

Polis piyadanı vurub öldürdü

Moskva vilayətinin Serebryanoprudski şəhər rayonunda polis əməkdaşı piyadanı vurub.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, qəza saat 18 radələrində Korovino kəndində baş verib.

Yerli polis şöbəsinin 21 yaşlı patrul əməkdaşı xidmətdən kənar vaxtda “Mazda” markalı avtomobillə hərəkətdə olarkən kişini vurub. 38 yaşlı Luqansk sakini yolu keçmək üçün yolun kənarına çıxıb. O, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Müəyyən edilib ki, qəza zamanı kiçik serjant ayıq olub.

Seçilən
254
1
lent.az

10Mənbələr