AZ

Azərbaycan və Özbəkistan XİN başçıları əməkdaşlığın prioritet istiqamətlərini müzakirə ediblər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və özbəkistanlı həmkarı Bəxtiyor Saidov telefon danışığı zamını gələn il üçün ikitərəfli əməkdaşlığın prioritet istiqamətlərini müzakirə ediblər.

MediaPost xəbər verir ki, bu barədə Özbəkistan xarici işlər naziri “X” sosial şəbəkəsindəki paylaşımında qeyd edib.

"Bizim Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə telefon danışığımız olub. Söhbət zamanı biz Özbəkistan və Azərbaycan arasında bütün sahələrdə sürətlə inkişaf edən tərəfdaşlıq əlaqələrini vurğuladıq. Növbəti il ​​üçün əməkdaşlığımızın əsas prioritet istiqamətlərini qeyd etdik”, - o bildirib.

Xəbərlər departamenti

Seçilən
75
5
mediapost.az

5Mənbələr