AZ

Taekvondo üzrə Azərbaycan birincilikləri və çempionatına yekun vurulub

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan taekvondo üzrə Azərbaycan birincilikləri və çempionatına yekun vurulub.

Bu barədə Taekvondo Federasiyası məlumat yayıb.

Bildirilib ki, yarış böyük yaş qrupu üzrə idmançıların mübarizəsi ilə başa çatıb.

Bakı İdman Sarayında keçirilən çempionatın son günündə qadın və kişi taekvondoçular arasında 16 dəst medal öz sahibini tapıb.

Komanda hesabında “Təhsil” RİM (Sumqayıt) birinci yeri tutub. İkinci yerdə Ağcabədi OİK, üçüncü pillədə “Gömrükçü” İC qərarlaşıb. Onlardan sonra “Neftçi” İK və “Xəzər” TK yer alıblar.

İlin perspektivli məşqçiləri adına Cəlil Abdullayev, Hüseyn Mehrəliyev, Sadiq Ağayev, Günay Zeynalova, Zahid Nadirov, İmran Zalov və Zahid Nadirov layiq görülüblər.

Yarışın ən yaxşı hakimi Ramal Əskərov, Vasif Qurbanov və Dilarə Həsənova seçiliblər. Rza Məcidovla Bəsti Quliyeva isə ilin ən fəal həkimi nominasiyasının qalibi olublar.

Böyüklər arasında ölkə çempionatının mükafatçıları:

Kişilər

54 kq: 1. Səyyad Dadaşov (MOİK), 2. Rahid Vəliyev (“Masallı”), 3. Hətəm Həsənli (“Atilla” TK), Xıdır Məmmədov (“Təhsil” RİM, 6 saylı İEOUGİM).

58 kq: 1. Ruslan Seyidov (“Gömrükçü” İK), 2. Malik Abbasov (“Gömrükçü” İK), 3. Yusif Qurbanov (“Lənkəran” TİM), Adil Eyvazov (“Təhsil” RİM, Sumqayıt).

63 kq: 1. Riyad Şirəliyev (“Fərasət” TK), 2. Pərviz İskəndərova (MOİK), 3. Rahil Yusifov (“Qazax”), Fərid Əmirəliyev (“Qafqaz” TK).

68 kq: 1. Yaşar Məmmədli (“Neftçi” İK), 2. Vaqif Hacıyev (“Ağsu”), 3. Xanlar Xanəhmədov (“Quba Xaçmaz” RGİİ), Vüqar Bağırov (“Alpman” TK).

74 kq: 1. Cavad Ağayev (MOİK), 2. Ələsgər Əliyev (“Gömrükçü” İK), 3. İsmət İsrafilzadə (“Qafqaz” TK), Nicat İsmayılzadə (“Gömrükçü” İK).

80 kq: 1. Eltac Qafarov (DİN İC), 2. Xan Məmmədov (DİN İC), 3. Rəvan Məmmədov (“Cəsur” TK), Nihat Həşimov (DİN İC).

87 kq: 1. Taleh Süleymanov (MOİK), 2. Vüsal Balaqadaşov (“Xəzər” PİK), 3. Hüseyn Əlizadə (DİN İC), Əli İsmayılov (“Gömrükçü” İK).

+87 kq: 1. Milad Beiqi Hərçəqani (FHN İSK), 2. Həmidreza Badrialiabadi (FHN İSK), 3. Orxan Qasımov (“Gədəbəy” GİK), Ceyhun Həsənli (“Neftçi” İK).

Qadınlar

46 kq: 1. Səlimə Quliyeva (“Alpman”), 2. Zemfira Həsənzadə (“Xəzər” TK), 3. Münnəvər Abbasova (“Qazax”), Minayə Əkbərova (“Ağcabədi” OİK).

49 kq: 1. Paniz İsmaelpur (“Təhsil RİM”, Sumqayıt), 2. Nərmin Əliyeva (“Qafqaz” TK), 3. Selcan Kərimova (“Mübariz” TK).

53 kq: 1. Patimat Abakarova (“Gömrükçü” İK), 2. Nigar Abdullayeva (“Grandmaster”), 3. Məryəm Məmmədova (“Gömrükçü” İK), Səmmərux Osmanova (“Neftçi” İK).

57 kq: 1. Səidə Əliyeva (“Qafqaz” TK), 2. Leyla Bəşirova (“Təhsil” RİM, Sumqayıt), 3. Meylin Məmmədzadə (“Neftçi” İK), Zivər Tağıyeva (“Təhsil” RİM, Sumqayıt).

62 kq: 1. Fatimə Məcidova (“Təhsil” RİM, Sumqayıt), 2. Fatimə Həsənova (“Təhsil” RİM, Sumqayıt), 3. Zəhrəxanım Həmidzadə (“Qafqaz” TK), Sevda Əzizova (“Masallı” TK).

67 kq: 1. Fəridə Əzizova (DİN İC), 2. Sübhanə Kətanova (“Gəncə Daşkəsən” RGİİ), 3. Şəlalə Şabanlı (“Zenit” TK), Əfsanə Əliyeva (“Grandmaster” TK).

73 kq: 1. Elnarə İbrahimova (“Alov” TK), 2. Ayan Əliyeva (“Modern Sports”), 3. Şəbnəm Poladlı (“Tovuz” TK).

Qeyd edək ki, daha öncə ölkənin ən güclü yeniyetmə və gənc taekvondoçuları bəlli olub. Həmçinin parataekvondoçuların seçim turniri keçirilib.

Seçilən
141
9
editor.az

10Mənbələr