Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) PKK/YPG terror təşkilatının daha bir "rəhbər" şəxsi Ömər Abdullah əl Dahhamı Tabka bölgəsində keçirilən əməliyyatla zərərsizləşdirib.
"Unikal" Tükiyə mətbuatına istinadən xəbər verir ki, "Əbu Dahham" kod adlı terrorçu Ömər Abdullah əl Dahham "Fərat Qalxanı" və "Sülh Pınarı" əməliyyatlarının keçirildiyi bölgələrində türk əsgərlərinə qarşı aksiyaları təşkil edənlərdən biri olub.