AZ

Məhsuldarlıq rekordu: “Qarabağ” ən yaxşı üçüncü göstəricisinə imza atıb

Məhsuldarlıq

Bakı, 29 dekabr, AZƏRTAC

Azərbaycan Premyer Liqasında 2023/2024-cü illər mövsümünün qış çempionu “Qarabağ” 18 matçda 45 qol vurub.

AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Qurban Qurbanovun başçılıq etdiyi komandanın orta məhsuldarlığı 2,50-yə bərabərdir.

XXI əsrdə altıncı dəfə 18 oyundan sonra komandalardan birinin məhsuldarlığı belə yüksək olub. Yalnız “Qarabağ”, “Şəmkir” və “Neftçi” bunu bacarıb.

“Qarabağ” 2003/2004-cü illər mövsümündə 51, ötən çempionatda isə 48 dəfə fərqlənib. 2000/2001-ci illər mövsümünün 18 oyununda 54 qol vuran “Şəmkir” bu göstəricidə əsrin rekordçusudur. Həmin mövsüm “Neftçi” 49, bir il sonra “Şəmkir” 46 qola imza atıb.

Qeyd edək ki, ölkə çempionatları tarixində ilk 18 tur üçün mütləq rekord 63 qola bərabərdir. 1998/1999-ci illər mövsümündə “Kəpəz”in orta göstəricisi 3,50 olub.

Seçilən
179
8
azertag.az

10Mənbələr