AZ

Sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırıldı

Azərbaycanda sahibkarlıq sahəsində olan yoxlamaların dayandırılmasının müddəti uzadılıb.

Sabah.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2025-ci il yanvarın 1-dək dayandırılır.

Əvvəl bu müddət 2024-ci il yanvarın 1-dək müəyyən edilmişdi.

Seçilən
170
7
sabah.az

10Mənbələr