Türkiyəli siyasətçi Sinan Oğan “Fənərbaxça” və “Qalatasaray” arasındakı Superkubok matçının Xankəndidə keçirilməsini təklif edib.
KONKRET.az xəbər verir ki, o bu barədə öz “X” hesabındakı paylaşımında bildirib:
“Əgər xarici ölkədə oynamaq istəyirsinizsə, Xankəndi stadionunu məsləhət görürəm. Əks halda, final Türkiyə paytaxtına yaraşır”.
Qeyd edək ki, Türkiyə Superkubokunda keçirilməli olan “Fənərbaxça” – “Qalatasaray” matçı Səudiyyə Ərəbistanı hökumətinin qadağalarına görə təxirə salınıb.Qafqazinfo