AZ

Bərdədə 300 min manat dəyərində pirotexniki vasitələr aşkarlanıb

Bərdə rayonunda pirotexniki vasitələrin satışını təşkil edən şəxslər müəyyən edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində piroxtexniki vasitələrin satışını təşkil edən şəxslər müəyyən edilib. Həmin ṣəxslərdən aşkarlanan külli miqdarda pirotexniki vasitələr götürülüb.

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib.

DİN-in Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib ki, aşkarlanan vasitələrin dəyəri 300 min manata yaxındır.
Seçilən
287
15
7news.az

10Mənbələr