Qaynarinfo "Report”a istinadən xəbər verir ki, bu barədə İstanbul Vilayəti Mədəniyyət və Turizm Müdirliyi məlumat yayıb.
Noyabr ayında İstanbul şəhərinə ümumilikdə 1 milyon 288 min turist səfər edib ki, bu da illik müqayisədə 4 % azdır. Hesabat dövründə İstanbula ən çox Rusiyadan olan turistləri (135 min 696 nəfər) gəlib. Onlardan sonra bu siyahını Almaniyadan (89 min 810), İrandan (88 min 727) və ABŞ-dan (61 min 566) olan turistlər davam etdirib.
İstanbula noyabrda səfər edən turistlərin 96,7 %-i və ya 1 milyon 245 nəfəri hava yolu ilə, 43 mini dəniz yolu ilə gəlib.
2023-cü ilin yanvar-noyabr ayında isə İstanbula gələn xarici turistlərin sayı 9 % artaraq 16 milyon 051-ə çatıb.