Yaponiya Hava Yollarına məxsus sərnişin Boeing təyyarəsi Tokio Beynəlxalq Hava Limanında yanıb. Yaponiyanın NHK agentliyi xəbər verir ki, eniş edərkən Yaponiya Sahil Mühafizəsinin təyyarəsi ilə toqquşub.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, sərnişin laynerinin göyərtəsində 379 nəfər olub - onlar təxliyə edilib. Təyyarənin özü isə tamamilə yanıb.Qeyd edilir ki, sahil mühafizəsi ekipajına altı nəfər daxil olub ki, onlardan beşi ölüb, altıncısı ciddi xəsarətlər alıb.
Onu da qeyd edək ki, sahil mühafizəsi son zəlzələdən zərər çəkənlərə yardım çatdırmaq üçün Yaponiyanın qərbindəki Niqata hava limanına uçmağa hazırlaşırdı.
Yeniləmə, Tokio hava limanında Boeing-in alışması nəticəsində ən azı 17 sərnişin xəsarət alıb.
Bu barədə NHK telekanalı Yaponiya paytaxtının yanğınsöndürmə idarəsinə istinadən məlumat yayıb.
Nazlı