Tarix: 2 Yanvar 2024 22:10
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə iştirak edən futbolçulardan 10-u ölkə çempionatında 250 və daha çox oyun keçirib.
Milli.Az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, turnirin ən təcrübəli üç oyunçusu öz komandasının kapitanıdır.
"Qəbələ"nin üzvü Asif Məmmədov karyerasını Premyer Liqada davam etdirənlər arasında hamıdan öndədir. O, "Qarabağ"lı Maksim Medvedevi 8, "Kəpəz"in üzvü Vurğun Hüseynovu 9 matç qabaqlayır.
Bu üç kapitandan başqa, daha iki futbolçu 300-ü keçib. Digər beş oyunçu isə 250-dən artıq görüşün iştirakçısıdır.
"Onluq"da "Qəbələ"nin üç futbolçusu var. "Qarabağ"la "Neftçi" iki üzvünün təcrübəsi ilə öyünə bilər. "Kəpəz", "Turan Tovuz" və "Zirə"də bir belə oyunçu var. Lakin qəsəbə klubunun qapıçısı digər 9 futbolçudan fərqli bu mövsüm meydana çıxmayıb.
1
Asif Məmmədov
"Qəbələ"
377
2
Maksim Medvedev
"Qarabağ"
369
3
Vurğun Hüseynov
"Kəpəz"
368
4
Qara Qarayev
"Neftçi"
317
5
İlkin Qırtımov
"Qəbələ"
312
6
Slavik Alxasov
"Turan-Tovuz"
285
7
Anar Nəzirov
"Zirə"
279
8
Urfan Abbasov
"Qəbələ"
278
9
Rəhman Hacıyev
"Neftçi"
266
10
Riçard Almeyda
"Qarabağ"
261
Milli.Az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta