AZ

Astaranın İcra Hakimiyyəti tenderi 6 ayın şirkətinə verdi

Astara Rayon İcra Hakimiyyəti Astara şəhərində yaşayış binalarının əsaslı təmiri ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub. 
Valyuta.az xəbər verir ki, sorğunun qalibi “ASA-Tikinti” MMC seçilib. Təmir işləri icra hakimiyyətinə 40.996,6 AZN-ə başa gələcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “ASA-Tikinti” MMC 15 mart 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 60 AZN olan şirkətin hüquqi ünvanı Masallı rayonu, Təkadam kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi İbrahimov Eldəniz Məhərrəm oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur. Bu baxımdan, şirkətin maddi-texniki bazasının hansı səviyyədə oldğunu söylmək mümkün deyil.
“Dövlət satınalmaları haqqında” Qanunun  6.2.1-ci maddəsinə görə satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlılığın olması lazımdır.
6 ayın şirkətinin bu şərtlərə cavab verdiyi inandırıcı görünmür.
 

Seçilən
160
2
tribunainfo.az

2Mənbələr