Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. Təcili tibbi yardım xidmətinə dekabrın 31-dən yanvarın 6-dək ümumi çağırışların sayı 18 min 351, hospital olunanların sayı isə 1840 olub.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Məlumata görə, çağırışların sayı ən çox yanvarın 1-də (çağırış sayı 2 min 723, hospital olunanların sayı 305 olmaqla), yanvarın 2-də (çağırış sayı 2 min 713, hospital olunanların sayı 274 olmaqla) və dekabrın 31-də (çağırış sayı 2 min 639, hospital olunanların sayı 242 olmaqla) qeydə alınıb.
Çağırış səbəbləri əsasən arterial təzyiqin qalxması, kardioloji problemlər, travmalar, dispeptik əlamətlər, respirator xəstəliklər və s. ilə bağlı olub.