Bakı. Trend:
Bakıda bank kartından pul oğurlanıb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumatyayıb.
Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsiəməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 4-də rayonərazisində bir nəfərin bank kartından hesabındakı 505 manat pulunuoğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Kəlbiyev müəyyənolunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.