Azərbaycan Respublikası prezidentliyinə namizədliyi qeydə alınan Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri vəzifəsi üzrə vəzifələrinin icrasını dayandırıb. Xalqcəbhəsi.az xəbər verir ki,
Mərkəzi Seçki Komissiyasının 06 yanvar 2024-cü il tarixli qərarı ilə 2024-cü il fevralın 7-nə təyin edilən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi öz təşəbbüsü ilə irəli sürülən Zahid Məhərrəm oğlu Oruc namizəd kimi qeydə alınıb.
07 yanvar 2024-cü il tarixindən Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 69.2-ci maddəsinin tələbinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi qeydə alınmış Zahid Məhərrəm oğlu Oruc Sosial Tədqiqatlar Mərkəzi Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri vəzifəsi üzrə xidməti vəzifələrinin icrası ödənişsiz məzuniyyətə göndərilməklə müvəqqəti dayandırıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta