AZ

Günəşdə bu tarixdən sonra ən güclü alışma qeydə alındı

Bakı. Trend:

Günəş fəallığı artaraq 31 dekabrda 3536 oblastında X5.0 siniflialışma qeydə alınıb.

Şamaxı Astrofizika Rəsədxanasından Trend-ə verilən xəbərə görə, bu alışma2017-ci ildən sonra qeydə alınan ən güclü alışma olub. Alışma Günəşdiskinin şərq limbində baş verdiyindən Yerə təsiri zəif olub.Həmçinin alışma ilə bağlı R2-R3 səviyyəli radiosiqnallarınkəsilməsi, 10 sm dalğa uzunluğunda radioalışmalar və IV tipradioemissiya və qismən Yerə istiqamətlənmiş Tac Kütlə Atılmaları(TKA) qeydə alınıb. Hazırda Günəş ləkələrinin sayı artaraq, 10 ləkəqrupunda 171 ləkə və Tac dəlikləri müşahidə olunur.

Enerjisi 2 MeV-dən çox olan elektron seli orta səviyyədə olub.10 MeV-dən çox enerji yüklü proton seli isə Günəş fəallığı iləbağlı olaraq 03-06 yanvar tarixlərində yüksələrək S1 (maks: 25 pfu)dərəcəli radiasiya qasırğası baş verib.

Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 504 km/san,planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 12nT, radial istiqamətdə isə -11 nT olmuşdur. Hal-hazırda Günəşküləyinin sürəti normaldır (317 km/san), planetlərarası maqnitsahəsinin maksimal qiyməti 4 nT, radial istiqamətdə isə -1 nTtəşkil edir. Kp indeksi 1-ə bərabərdir, kosmik hava sakitdir.

Kosmik hava proqnozu – Proqnoz günlərində (08-14 yanvar) C sinifalışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın başverməsi ehtimalı 45%, X (R3) sinif alışmanın baş verməsi ehtimalıisə 10% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və ortasəviyyədə, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fonsəviyyəsində olacağı proqnozlaşdırılır.

Günəş küləyinin sürətinin müsbət qütblü Tac Dəliklərindən çıxanYüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə artacağı gözlənilir.Hələlik geoeffektiv Tac dəliyi axınları qeyd olunmur.

Geomaqnit sahəsinin Tac Dəliklərindən çıxan Yüksək SürətliZərrəciklər Selinin təsiri ilə 08-09 yanvarda qeyri-sabit və aktivsəviyyələrdə, sonra isə sakit olacağı gözlənilir.

Seçilən
193
28
az.trend.az

10Mənbələr