AZ

Misir 2023-cü ildə buğda idxalını təxminən 15% artırıb

2023-cü ilin sonunda Misirə buğda idxalı  14,5%-dən çox artaraq 11 milyon tona (2022-ci ildə 9,6 milyon ton) çatıb.

Fins.az xəbər verir ki, bu məlumatı Misirin təchizat və daxili ticarət naziri İbrahim Aşmavi yayıb.

Eyni zamanda, o, ümumi həcmin 5 milyon tonunun ölkəyə hökumət müqavilələri əsasında tədarük edildiyinə də aydınlıq gətirib.

İ.Əşməvi ayrıca qeyd edib ki, ötən il buğda idxalının 80%-dən çoxu “Qara dəniz dəhlizi” vasitəsilə təmin edilib.

Misirə buğda idxal edən təşkilatların sayı, 2022-ci ildə yalnız 31 təşkilatla müqayisədə, həm dövlət, həm də özəl sektorlar daxil olmaqla, keçən il 45-ə yüksəldi.

Günel Məlikzadə
Fins.az

 

Seçilən
302
25
fins.az

10Mənbələr